Putin Türkiyəyə amfibiya yanğınsöndürən təyyarələri göndərəcək

Ankaranın müraciətindən sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putin Türkiyəyə iki ədəd Be-200 amfibiya yanğınsöndürən təyyarələrin göndərilməsi ilə bağlı təlimat verib.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, 16 iyul tarixində Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verib.

18 iyul tarixində Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın XİN başçısı Sergey Lavrov telefon danışığında Rusiyadan yanğınsöndürən təyyarələrin alınması barədə müzakirələr aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31