Bu ölkənin ordusunun əsgəri Şimali Koreyaya qaçdı
19 İyul 2023 09:45 DünyaABŞ ordusunun əsgəri Trevis Kinq Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhədi icazəsiz keçib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, "CBS Nyus"un məlumatına görə, hərbçinin taleyi hələlik bəlli olmasa da, ABŞ rəsmiləri onun Şimali Koreyada həbsdə olduğunu ehtimal edirlər.
Məlumatda o da qeyd olunur ki, həmin şəxs Şimali Koreya ərazisinə qaçmazdan əvvəl gülümsəyib, onu müşayiət edənlər bunun zarafat olduğunu hesab ediblər.
Qeyd edək ki, qaçmamışdan öncə həmin əsgər intizamsızlıq səbəbindən Cənubi Koreyada saxlanılmış və ölkədən çıxarılması planlaşdırılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31