"Analoqu olmayan hərbi güclənmənin şahidi oluruq"
19 İyul 2023 09:20 DünyaÇinin hərbi potensialı misli görünməmiş sürətlə artır.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Akvilino Aspen İnstitutunun (Denver, ABŞ) təşkil etdiyi təhlükəsizlik forumunda deyib.
"Biz sürət və miqyas baxımından analoqu olmayan hərbi güclənmənin şahidi oluruq. Biz təkcə hipersəs raketlərindən deyil, bütün imkanlardan danışırıq: dənizdə, havada, kosmosda", - Çinin hipersəs silahları sahəsindəki inkişafı ilə bağlı bir suala hərbçi cavab verib.
O, həmçinin Çin Silahlı Qüvvələrinin potensialının və imkanlarının artırılması tempindən narahatlığını ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31