Ərdoğan Qətər əmirinə də “Togg” HƏDİYYƏ ETDİ
18 İyul 2023 22:43 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əs-Saniyə də "Togg" avtomobili hədiyyə edib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qətərə rəsmi səfər edib. Bundan öncə Səudiyyə Ərəbistanında olan Ərdoğan vəliəhd Məhəmməd bin Salmana da "Togg" hədiyyə etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31