"Putin hamımızı öldürməyə qərar verən manyakdır" - Zelenski

Vladimir Putinin əllərində qan var və işğalçı ölkənin prezidenti ukraynalıları onun faşist ideologiyası ilə razılaşmadıqları üçün öldürmək qərarına gəlib.

Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski afrikalı jurnalistlərə müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, ukraynalılar hüquqları üçün mübarizə aparırlar.

Lakin Putinin arzusu qul həyatı təklif etməkdir, lakin o, bunun mümkün olmadığını başa düşmür.

Zelenski əlavə edib ki, Putin yalnız gücü başa düşür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31