Türkiyə ilə danışıqların vaxtıdır - Mirzoyan
18 İyul 2023 21:28 DünyaTürkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları davam etdirməyin vaxtı çatıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vyanada avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşündə deyib.
O, Türkiyə ilə danışıqlara bu ölkədəki seçki kampaniyası ilə əlaqədar fasilə verildiyini bildirib:
"Münasibətlərin normallaşdırılması üzrə danışıqları davam etdirməyin vaxtı çatıb. Hər iki tərəf yekun və tam normallaşma yolunda olduğunu göstərmək üçün konkret addımlar ata bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31