Türkiyədə məscidə girən it namaz qılanlara çətin anlar yaşatdı - VİDEO

Sübh vaxtı məscidə daxil olan it namaz qılan vətəndaşlara çətin anlar yaşadıb.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, kadrlar Türkiyənin İstanbul şəhərindəndir. Görüntülərdə küçə itinin namaz qılan insanların qarşısında oynaması, bir növ əzizlənmək istəməsi görünüb. Adamlardan bəziləri qorxaraq ibadətini yarımçıq saxlayıblar, digərləri onu çıxarmağa çalışıblar. İt isə heç nəyə baxmayaraq, əylənməyə davam edib.

Sosial şəbəkələrdə yayılan kadrlar istifadəçilər arasında maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31