Səudiyyə vəliəhdi ilə BƏƏ prezidenti arasında parçalanma - ÖZƏL

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə BƏƏ səlahiyyətliləri arasında kəskin gərginlik yaranıb.

Olaylar.az xəbər verir ki, münaqişə Fars körfəzində liderlik uğrunda ölkələrin rəqabəti fonunda, həmçinin Yəməndəki hərbi kampaniya və OPEK çərçivəsində qiymət siyasəti ilə bağlı ziddiyyətlər səbəbindən baş verib.

Nəşrin yazdığına görə, dövlətlərin liderləri altı aydan çoxdur ki, əlaqəni kəsiblər, onların daxili münaqişəsi üzə çıxıb.

Vəliəhd şahzadə ilə onun keçmiş müəllimi, BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasındakı fikir ayrılığı Yaxın Şərqdə və qlobal neft bazarlarında geosiyasi və iqtisadi təsir uğrunda rəqabəti əks etdirir.

Məqalə müəllifləri xatırladıblar ki, dekabrda şahzadə BƏƏ-nin "kürəyinə bıçaq sancdığını" deyib.

"Onlar mənim nə edə biləcəyimi görəcəklər. Bu, Qətərlə etdiklərimdən daha pis olacaq", - varis şəxsi brifinqdə bildirib.

İyun ayında Qətər və BƏƏ diplomatik münasibətləri bərpa etmək qərarına gəlib.

Bundan əvvəl media Avropanın İranla nüvə sazişini pozmaq planlarından xəbər tutmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31