Ukrayna daha bir sazişdən ÇIXDI

Ali Rada Ukrayna və Rusiya arasında dövlət sərhədində şəxslərə, nəqliyyat vasitələrinə və mallara birgə nəzarət haqqında sazişin denonsasiyasına səs verib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumətinin parlamentdəki nümayəndəsi Taras Melniçuk öz Teleqram kanalında məlumat verib.

O bildirib ki, 226 səsin tələb olunduğu denonsasiyanın lehinə 263 deputat səs verib.

Belə ki, saziş 2011-ci il oktyabrın 18-də Donetskdə imzalanıb və 2012-ci il yanvarın 13-də ratifikasiya olunub.

Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarus, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31