Muğla bölgəsində yenidən meşə YANĞINI BAŞLADI

Türkiyənin Muğla bölgəsinin Ortaca rayonunda meşəlik ərazidə yanğın başlayıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, yanğınsöndürənlər havadan və qurudan müdaxilə ilə yanğını nəzarət altına almağa çalışırlar.

Bildirilir ki, yanğın Təpəarası məhəlləsindəki meşəlik ərazidə naməlum səbəbdən baş verib.

Muğla Meşə Region İdarəsi və xilasetmə qrupları bölgəyə sövq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31