Hindistanda musson yağışları can almağa davam edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Hindistanın şimal bölgələrində son günlər təsirli olan şiddətli yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 100-ü keçib. 

Ölkənin şimalında yağan musson yağışları nəticəsində həyatını itirənlərin sayı günü-gündən artır. Himaçal Pradeş əyalət hökumətindən verilən açıqlamada ştatda 88 nəfərin öldüyü, 100-dən çox adamın yaralandığı qeyd edilib. Yolların və körpülərin uçduğu daşqınlarda 170 evin dağıldığı, 600 evin isə zərər gördüyü bildirilib. İyulun 8-dən bəri daşqınlarda qapalı qalan 300-dən çox insan, əksəriyyəti turistlər olmaqla  helikopterlərlə xilas edilib. 

Uttar Pradeş əyalət hökumətinin sözçüsü Şişir Sinqh bildirib ki, şiddətli yağışlar nəticəsində ştatda 12 nəfər ölüb. Səlahiyyətlilər həmçinin paytaxt Yeni Dehlidə bir nəfərin, Cammu və Kəşmirdə dörd nəfərin öldüyünü bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31