Bu nazirliyin işçilərinə "iPhone"dan istifadə QADAĞAN EDİLDİ

İyulun 17-dən Rusiyada Sənaye və Ticarət Nazirliyinin, həmçinin tabeliyindəki qurumların məsul şəxslərinə iş rabitələrində "Apple" mobil cihazlarından istifadə qadağan ediləcək.

Olaylar.az lent.az-a istinadən bildirir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Məlumatda qeyd olunur ki, Sənaye və Ticarət Nazirliyinin daxili qadağası ilə bağlı məlumatı İT həlləri hazırlayan şirkətlərdən birinin əməkdaşı da təsdiqləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31