Türkiyənin tələbi ilə Yunanıstandakı PKK düşərgəsi boşaldılıb

Türkiyənin tələbi ilə Yunanıstanda PKK düşərgəsi bağlanıldı.

Olaylar.az trend-ə istinadla xəbər verir ki, Yunanıstan Türkiyənin bağlanmasını istədiyi və PKK terror təşkilatının üzvlərinin yaşadığı Lavrion düşərgəsini boşaldıb.

Yunan polisi, Türkiyənin bağlanmasını istədiyi Afinanın cənub-şərqində yerləşən Lavrion düşərgəsində əməliyyat keçirib.

Əməliyyat zamanı 53 nəfər PKK üzvü düşərgədən təxliyə edilib.

Qeyd edək ki, Lavrion düşərgəsi Yunanıstanın ən qədim düşərgələrindən biridir və 1947-ci ildə tikilib. Sözügedən düşərgədə terror təşkilatı PKK-ya qoşulanların ailələri qalırdı. Düşərgə 2017-ci ildən Yunanıstan Qızıl Xaç Cəmiyyəti tərəfindən idarə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31