Rusların silah anbarı məhv edildi - VİDEO
5 İyul 2023 15:51 DünyaXəbər verdiyimiz kimi, ötən gün Ukrayna ordusu Makeyevkada Rusiya ordusuna məxsus silah anbarını məhv edib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, 4 iyul yerli vaxtla saat saat 21:40 radələrində məhv edilən silah anbarının vurulma anının görüntüləri yayılıb.
Kadrlardan görünür ki, MLRS üçün döyüş sursatı yarımçıq yaşayış kompleksinin həyətinə yığılıb. Anbardakı partlayış yaxınlıqdakı tikililərə, o cümlədən xəstəxana kompleksinə ziyan vurub.
Partlayış dalğası üç kilometr radiusda pəncərələri sındırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31