Britaniya Consonla bağlı yeni təhqiqata BAŞLADI

London polisi Britaniyanın keçmiş baş naziri Boris Consonun (2019-2022) iqamətgahında mümkün koronavirus qaydalarının pozulması ilə bağlı yeni təhqiqata başlayır və əvvəllər apardıqları növbəti araşdırmanı bərpa edir.

Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı Skotland-Yardın yaydığı məlumatda deyilir.

Bildirilir ki, baş nazir pandemiya zamanı öz iqamətgahında dostları ilə görüşlər təşkil edərək koronavirus məhdudiyyətlərini dəfələrlə pozub.

Öz növbəsində, sabiq hökumət başçısının nümayəndəsi bildirib ki, görüşlər o vaxt qüvvədə olan qanunvericiliyə uyğun keçirilib.

Qeyd edək ki, məhz bu və digər qalmaqallar vaxtilə Consonun baş nazir vəzifəsindən istefasına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31