"Fransızlar hələ də etdiklərinin heç bir qarşılığı olmayacağını düşünürlər"
5 İyul 2023 15:28 DünyaFransa bir vaxtlar əkdiyini biçir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin "AK Parti"li millət vəkili İbrahim Ufuk Kaynak Türkiyə Böyük Millət Məclisində çıxışında deyib.
Son bir həftədə Fransada baş verən hadisələrə diqqət yetirən türkiyəli millət vəkili hadisələrin təməlinin 1538-ci ilə qədər gedib çıxan Fransa müstəmləkəçiliyinin təzahürü olduğunu vurğulayıb.
"Fransa bir vaxtlar əkdiyini biçir. Küçələrin yandırılması qəbuledilməzdir, ancaq bir məsələni bilmək lazımdır. Fransızlar hələ də 15-16 Afrika ölkəsinin sərvətlərini istismar edərək, qazandıqları pulları əllərindən alaraq Parisdə özlərinin mərkəz banklarında yığır və bunun heç bir qarşılığının olmayacağını düşünürlər", - deyə türkiyəli millət vəkili bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31