Valuiki şəhərinin Ukrayna tərəfindən atəşə tutulması nəticəsində qadın yaralanıb – ÖZƏL

"Ukrayna əsgərlərinin Belqorod vilayətinin ən cənubunda yerləşən Valuiki şəhərini atəşə tutması zamanı bir qadın sinəsindən qəlpə yaraları alıb".

Olaylar.az xəbər verir ki, bunu qubernator Vyaçeslav Qladkov deyib.

"Valuiki şəhəri bir saatdan çox atəşə tutulub. Hava hücumundan müdafiə qüvvələri şəhəri hədəf alan üç raketi və bir pilotsuz uçuş aparatını vurub" - deyə, Belqorod vilayətinin qubernatoru bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31