Rusiyada 4 sakində qara yara virusu tapılıb
5 İyul 2023 15:20 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın Tuva Muxtar Respublikasının Barun-Xemçin bölgəsinin dörd sakinində yoluxcu və ölümcül qara yara xəstəliyi tapılıb. Məclisdə at əti yeyən dörd nəfərin halı pisləşib və onlar təcili olaraq yaxındaki xəstəxanaya aparılıblar. Aparılan tibbi müayinə nəticəsində şəxslərdə qara yara virusu tapılıb. Xəstələrin yaşadığı məntəqə karintinaya alınıb. Yedikləri at əti isə müsadirə edilərək yandırılıb. Bölgədə mütəxəssislərin xəstəliyin yayılmasının qarşısını almaq ilə apardıqları profilaktik tədbirlərin davam etdiyi bildirilir. Hazırda xəstələrin vəziyyəti ilə əlaqədar hər hansı bir açıqlama verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31