Macarıstandan diqqətçəkən Türkiyə açıqlaması- ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstan Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı qərarlarını dəstəkləyəcəyini açıqlayıb.
Macarıstanın xarici ticarət naziri Peter Szijjarto Türkiyənin İsveçin NATO üzvlüyü ilə bağlı qərarlarını dəstəkləyəcəklərini açıqlayıb.

Szijjarto Facebook hesabında Macarıstanın Türkiyə ilə əlaqə saxladığını paylaşıb. Xarici işlər naziri Hakan Fidanın yaxın günlərdə NATO üzvlüyü ilə bağlı İsveçlə əlaqə saxlayacağını bildirən Szijjarto, bu mövzuda həmkarı Fidanla məsləhətləşdiklərini vurğulayıb.

Ankara ilə daim təmasda olacaqlarını qeyd edən Szijarto, Türkiyənin İsveçin Alyansa üzvlüyünə münasibəti dəyişərsə, Macarıstanın heç bir ölkənin NATO-ya üzv olmasına mane olmayacağını vurğulayıb.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Finlandiya və onun qonşusu İsveç 18 may 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət edərək, onilliklər boyu davam edən hərbi neytrallıq siyasətinə son qoydu. Finlandiya aprelin 4-də NATO-nun 31-ci üzvü oldu, Türkiyə və Macarıstan isə İsveçin üzvlüyünə hələ təsdiqlənməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31