Ukraynada ikinci Çernobıl panikası: Nüvə sızması dünya üçün təhlükədir- ÖZƏL

Uzun müddətdir ki, nüvə fəlakəti ehtimalı ilə gündəmdə olan Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı son açıqlamalar böyük qorxu yaradıb. Türkiyə elektrik stansiyasının partlayacağı təqdirdə nüvə sızmasından təsirlənəcəyi gözlənilən ölkələr sırasındadır.
Aylardır Ukrayna və Rusiya qüvvələrinin atəşi altında qalan Avropanın ən böyük nüvə obyekti olan Zaporojya Atom Elektrik Stansiyası ilə bağlı Kiyev və Moskvadan qorxulu açıqlamalar gəlir.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın nəzarət etdiyi elektrik stansiyasının damına partlayıcı yerləşdirdiyini və stansiyanı partlatmağı planlaşdırdığını iddia edib. Rusların yəqin ki, elektrik stansiyasına hücumu simulyasiya etmək istədiklərini iddia edən Zelenski, "Bəlkə onların başqa ssenarisi var. Lakin istənilən halda dünya Zaporojya AES üçün yeganə təhlükə mənbəyinin Rusiya olduğunu görür" deyib.

Ukrayna kəşfiyyatına görə stansiyanın hər an partlaya biləcəyini bildirən Zelenski dünən Fransa prezidenti Emmanuel Makronla da vəziyyəti müzakirə etdiyini və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əlaqə saxladıqlarını bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31