İranda girov krizi: Aptekə basqın edib atəş açdı- ÖZƏL

Olaylar.az xəbər verir ki, İranda aptekdə 5 nəfəri girov götürən hücumçu öldürülüb, girovlar isə xilas edilib.
İranın Fars vilayətinin Şiraz şəhərində 5 nəfəri girov götürərək aptekə atəş açmağa başlayan hücumçu öldürülüb.

İranın yarı-rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, ötən gecə Şirazın Sədra qəsəbəsində aptekləri soymağa cəhd edən 35 yaşlı hücumçu 5 nəfəri girov götürüb.

Fars əyalətinin polis rəisi Reham Bəhş Həbibi bildirib ki, polis qrupları hadisə yerinə gəldikdən sonra zabitlərə atəş açmağa başlayan şəxs polisin xəbərdarlığına baxmayaraq təslim olmaqdan imtina edib və girovları öldürməklə hədələyib.

İran rəsmisi bildirib ki, polisin müdaxiləsi ilə bütün girovlar xilas edilib, hücum edən şəxs isə güllələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31