ABŞ-da hökumət rəsmiləri üçün sosial media məhdudiyyəti- ÖZƏL
5 İyul 2023 14:46 DünyaABŞ-da federal hakim prezident Co Bayden administrasiyasının bəzi yüksək vəzifəli məmurlarına sosial media vasitələri ilə görüş və ünsiyyət qurmağı qadağan edib.
Hakim Terri Doughty ABŞ Səhiyyə Departamenti, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi, Dövlət Departamenti, Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosunun rəsmiləri tərəfindən qurulan əlaqələrə bəzi məhdudiyyətlər qoyan qərarı imzalayıb.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın təyin etdiyi Doughty-nin qərarı Luiziana və Missuri ştatlarının baş prokurorlarının Bayden administrasiyasının texnoloji şirkətlərə internetdə arzuolunmaz yazıları silmək üçün konstitusiyaya zidd təzyiq göstərdiyi iddiası ilə qaldırdıqları iddiaya cavab olaraq verilib.
Məhdudiyyət qərarına əsasən, Bayden administrasiyasının rəsmiləri məzmunu silmək, gizlətmək üçün təzyiq etmək məqsədilə e-poçt, məktub, telefon və ya mətn mesajı vasitəsilə sosial media menecerləri ilə əlaqə saxlaya bilməyəcəklər.
ABŞ-da açılan bir çox fərqli iddialarla yanaşı, Respublikaçı Nümayəndələr Palatasının üzvləri də Bayden administrasiyasını sosial mediaya təzyiq göstərməkdə ittiham ediblər.
Konqresin Respublikaçı üzvləri Demokratik məmurların sosial media şirkətləri ilə COVID-19 peyvəndləri, ictimai səhiyyə tədbirləri, seçkilərin bütövlüyü və digər məsələlərlə bağlı məzmunu silmək üçün əlaqələrinin ABŞ Konstitusiyasının 1-ci maddəsi ilə qorunan ifadə azadlığını məhdudlaşdırdığını müdafiə ediblər.