Səudiyyə Ərəbistanı Ümrə mövsümünün başladığını elan edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı həcc ziyarətləri bitdikdən sonra Ümrə ziyarətləri üçün vizalara başladığını açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərdə, Həcc və Ümrə Nazirliyinin 3 İyul bazar ertəsi günündən etibarən Ümrə ziyarətləri üçün elektron vizalara başladığı bildirilib.

Həcc və Ümrə Nazirliyinin müqəddəs torpaqları ziyarət edən müsəlmanların sayını artırmaq üçün göstərdiyi səylərə diqqət çəkən xəbərdə, ziyarəti asanlaşdırmaq üçün tətbiq edilən "Nusuk" tətbiqi ilə elektron viza müraciətlərinin edilə biləcəyi paylaşılıb. 

Xəbərdə Məkkəyə Ümrə ziyarəti etmək və Mədinədə Peyğəmbər Məscidini ziyarət etmək üçün bütün ölkələrdən müraciət edilə biləcəyinə diqqət çəkilib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bu il 150 ölkədən 1 milyon 845 min nəfərin zəvvar olduğunu açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31