Yunanıstanın terror "yuvası" olan Lavrion düşərgəsi boşaldıldı- ÖZƏL

Yunanıstanın paytaxtı Afina yaxınlığında yerləşən və Türkiyənin "terror yuvası" olaraq gördüyü Lavrion düşərgəsinin boşaldıldığı açıqlanıb.
Olaylar.az xəbər verir ki, Yunanıstan Polis Xidmətinin verdiyi açıqlamada düşərgədə qalan 53 nəfərin İmmiqrasiya və Sığınacaq Nazirliyinə aid başqa kampuslara köçürüldüyü bildirilib.

Açıqlamaya görə, 1947-ci ildə tikilən düşərgə konstruksiyalarının bərbad vəziyyətdə olması səbəbindən boşaldılıb. 

Terror təşkilatının Yunanıstana sığınan bəzi tərəfdarlarının illərlə Yunanıstan Qızıl Xaç Cəmiyyətinin dəstəklədiyi qaçqın düşərgəsində sığındıqları, burada terror təşkilatı PKK/YPG-ni simvolizə edən parçaları və terror lideri Abdullah Öcalanın plakatlarının asıldığı məlumdur. Lavrion, Afinanın cənub-şərqindəki kiçik bir liman şəhəridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31