Rusiya Kubada şəkər plantasiyalarının yenidən qurulmasında iştirak edəcək - ÖZƏL

"Rusiya Kubada şəkər qamışı plantasiyalarının və onun emalı zavodlarının yenidən qurulmasında iştirak edə bilər".

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Havanadakı səfiri Viktor Koronelli bildirib.
"Kuba son illərdə adada baş verən qasırğa və daşqınlar, gübrə çatışmazlığı səbəbindən şəkər qamışı istehsalında azalma ilə üzləşir. Hələlik hər şey müzakirə mərhələsindədir. Lakin söhbət iki böyük kənd təsərrüfatı holdinqinin burada şəkər qamışı plantasiyalarının və onun emalı zavodlarının yenidən qurulmasında işləməkdə maraqlı olmasından gedir" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31