Belaruslu nazir VƏFAT ETDİ
5 İyul 2023 11:44 DünyaBelarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko 47 yaşında vəfat edib.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, nazirin ölümünün səbəbi açıqlanmayıb.
Məlumatda bildirilir ki, A. Avramenko 1977-ci ildə Minskdə anadan olub. 1999-cu ildə Belarus Dövlət Politexnik Akademiyasını, 2010-cu ildə Belarus Prezidenti yanında İdarəetmə Akademiyasını bitirib. 2006-cı ildən Belarus hökumətində işləyir. 2019-cu ildə Prezident Aleksandr Lukaşenko onu nəqliyyat və kommunikasiya naziri təyin edib.
Onu da qeyd edək ki, bu, son bir ildə Belarus hökumətində ikinci qəfil ölüm hadisəsidir. Aleksey Avramenkodan öncə 2022-ci ilin noyabrında ölkənin xarici işlər naziri Vladimir Makey 64 yaşında qəflətən vəfat etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31