İsrail ordusu Cenindən GERİ ÇƏKİLDİ
5 İyul 2023 10:53 Dünyaİsrail qüvvələrinin Cenin şəhərində keçirdiyi əməliyyat rəsmən başa çatıb, hərbçilər ərazini tərk ediblər.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Agens Frans-Press" İsrail ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bazar ertəsi gecə İsrail ordusu Cenin və eyni adlı qaçqın düşərgəsində genişmiqyaslı əks-terror əməliyyatına başladığını elan edib. Əməliyyatın ilk günündə yaraqlıların infrastrukturuna hava zərbələri endirilib.
Ötən gün axşam saatlarında isə Baş nazir Netanyahu antiterror əməliyyatının baş çatdığını rəsmən elan etdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31