Kolumbiyada silahlı hücumlar olub, 3 polis həlak olub

Kolumbiyada üç fərqli silahlı hücumda 3 polis həlak olub.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, ölkənin şimalında Santander inzibati bölgəsində yerləşən Tibu qəsəbəsində bir polis snayper tüfəngi ilə, Vega Velasquez qəsəbəsində başqa bir polis binanı tərk edərkən, üçüncü polis isə El Zulia qəsəbəsində yerləşən restoranda yemək yeyərkən silahlı hücuma məruz qalıb. Polislərin hər üçü həlak olub.

Hücumlarla əlaqədar olaraq təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyat başladıb.

Prokurorluq hücumlarla bağlı istintaq başladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31