ATƏT Rusiyanı terrorizmin sponsoru kimi TANIDI

ATƏT Parlament Assambleyası Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Xalqın xidmətçisi" parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk feysbuk hesabında yazıb.

O bildirib ki, ATƏT PA "Vaqner" Xüsusi Hərbi Şirkətini isə terror təşkilatı kimi tanıyıb:

"Rusiya hökuməti adından "Vaqner" Xüsusi Hərbi Şirkətinin hərəkətləri haqlı olaraq terror təşkilatı kimi səciyyələndirilib. İlk dəfədir ki, belə bir ifadə beynəlxalq təşkilatın rəsmi sənədində öz əksini tapıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31