Ukraynadan rus turistlərə xəbərdarlıq: Krım çimərliklərindən uzaq durun- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynada 16 aydan artıqdır davam edən Rusiya işğalı xüsusilə şərq cəbhəsində güclənərkən, Kiyev Rusiyanın nəzarətində olan Krımı musiqili video ilə hədələyib. 

Ukraynada müharibə davam edərkən muzdlu "Vaqner" qrupunun qiyamı ilə sarsılan Rusiya cəbhədə də çətin günlər keçirir. Ölkənin şərqində bir çox yeri geri aldığını açıqlayan Kiyev bir müddət əvvəl Rusiyanın nəzarətində olan Krımın çimərliklərinə hücumla hədələyib. Rusiyanın 2014-cü ildə ilhaq etdiyi və ölkənin nəhəng Qara Dəniz Donanmasına ev sahibliyi edən Krıma bir müddət əvvəl İHA-larla hücum edən Ukrayna ordusu ötən gün Twitter-də diqqətçəkən bir video paylaşıb. Hollivud filmlərindən səhnələrin də yer aldığı Ukrayna Müdafiə Nazirliyinin klipində "Bu yay üçün böyük hədəfləriniz varmı? Bəzi çimərliklər üçün səyahət xəbərdarlığı qüvvədədir" başlığı diqqət çəkib. 

Hər il çoxlu sayda rusun tətilə axışdığı Krıma Ukraynanın ötən ilin yayında endirdiyi hava zərbələri panikaya səbəb olmuş, çoxlu sayda insanın çimərliklərdən qaçan görüntüləri gündəmə gəlmişdi. Ukrayna rəsmiləri daha əvvəl Krımı geri alacaqlarını və yarımadada yaşayan rusiyapərəstlərin qaçacağını bəyan etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31