Aksyonova qarşı sui-qəsdin qarşısı ALINDI
3 İyul 2023 12:48 DünyaRusiya Federal Təhlüksizlik Xidməti (FTX) Krımın "rəhbəri" Sergey Aksyonova qarşı Ukrayna xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğu iddia edilən sui-qəsdin qarşısını alıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Məlumata görə, əməliyyat zamanı Ukrayna tərəfindən işə götürülən və Ukraynada mina partlayışı üzrə təlim keçmiş Rusiya vətəndaşı saxlanılıb:
"Həmin şəxs Aksyonovun avtomobilini partlatmağı planlaşdırıb, lakin o, gizləndiyi yerdən bomba götürərkən yaxalanıb. Terror aktına cəhd və partlayıcı maddələrin qanunsuz əldə edilməsi maddələri ilə iş açılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31