Silahlı qiyam cəhdinin nəticəsi Rusiya hakimiyyətinin dözümlülüyünü ortaya qoyur - ÖZƏL

"Rusiya hökuməti Rusiyada son silahlı üsyana cəhd zamanı öz dözümlülüyünü nümayiş etdirdi, insanlar prezidentin ətrafında cəmləşdilər".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Əlbəttə, istər xarici, istərsə də daxili düşmənlərimiz son silahlı qiyamın nəticəsindən çətin ki, sevinsinlər. Rusiya hakimiyyəti öz gücünü və möhkəmliyini inandırıcı şəkildə sübut etdi və ölkə xalqı Ali Baş Komandanın ətrafında birləşməyə hazır olduğunu nümayiş etdirdi. Vladimir Putin vətəni müdafiə edəcək" - o, vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31