Türkiyə boğazlardan keçid qiymətini QALDIRDI
1 İyul 2023 23:35 DünyaTürkiyə boğazlarından keçən beynəlxalq gəmilərdən alınacaq rüsumlarda artırılmış tariflərin tətbiqinə başlayıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından tranziti üçün rüsumlar 4,42 dollara qaldırılıb.
Qeyd edək ki, keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər 4,08 dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31