"Ruslar böyük itkiləri gizlətməyə çalışırlar"
1 İyul 2023 23:10 DünyaRuslar ölənlərin cəsədlərini yandırmaqla Ukrayna cəbhəsində böyük itkiləri gizlətməyə çalışırlar.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hazırda Berdyansk limanının ərazisində səyyar krematoriyalardan biri gecə-gündüz işləyir. Ölən rus hərbçilərinin kremasiyası onların şəxsiyyəti müəyyən edilmədən və uçota alınmadan həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31