Fransada polisinin öldürdüyü gənc DƏFN EDİLDİ

Fransada polisin öldürdüyü 17 yaşlı Nahel bu gün dəfn edilib.

Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, İbn Badis məscidində keçirilən mərasimdə çox sayda insan iştirak edib.

Xatırladaq ki, iyunun 27-si Fransada 17 yaşlı əlcəzairəsilli oğlanın Paris ətrafındakı Nanter ərazisində polisin açdığı atəş nəticəsində ölməsindən sonra ölkəni etiraz dalğası bürüyüb.  Hazırda davam edən iğtişaşlar fonunda iyunun 30-dan iyulun 1-nə qədər 471 nəfərin saxlanıldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31