"Britaniya 24 min qaçqını geri qaytarır"
1 İyul 2023 21:41 DünyaBöyük Britaniya 24 mindən çox qaçqını Ruandaya deportasiya etməyə hazırlaşır.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Quardian" nəşri yazıb.
Qeyd olunub ki, 2021-ci ilin yanvarından 2023-cü ilin martına qədər Böyük Britaniyadan sığınacaq istəyən 24,083 əcnəbiyə geri qaytarılma ilə bağlı xəbərdarlıq məktubları göndərilib.
Böyük Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 3859 alban, 2715 iranlı, 2558 eritreyalı, 2555 əfqan və daha onlarla ölkənin nümayəndəsi deportasiya ilə üzləşib. Onların arasında 600-ə yaxın Gürcüstan vətəndaşı da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31