Ukraynadan Ermənistana qarşı SANKSİYA
1 İyul 2023 18:13 DünyaUkrayna Ermənistanın "Air Dilijans" aviaşirkətinə qarşı sanksiya tətbiq edib.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq sənədi Ukrayna Prezidenti Vladimir Zelenski imzalayıb.
Qeyd edək ki, şirkətin sahibi gürcü əsilli Tamaz Qayaşvilidir.
Xatırladaq ki, V.Zelenskinin bu gün imzaladığı sənədlə rəsmi Kiyev ümumilikdə 190 fiziki və 291 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Onların əksəriyyəti Rusiya vətəndaşı və şirkətidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31