Makron səfərini TƏXİRƏ SALDI

Fransa Prezidenti Emmanuel Makron iyulun 2-4-də Almaniyaya planlaşdırılan dövlət səfərini təxirə salıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, məluatı Almaniya Prezident Ofisi yayıb.

Səfərin təxirə salınmasına səbəb kimi Fransada baş verən iğtişaşlar göstərilib.

Qeyd edək ki, iyunun 27-də Fransa polisi 17 yaşlı Əlcəzair əsilli sürücünü öldürüb. Bundan sonra ölkədə iğtişaşlar başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31