Merkelin səhvi TƏKRARLANMAMALIDIR!

Rusiyanın Avropaya və bütövlükdə Avro-Atlantik regiona qarşı aqressiyasına qapını bağlamağın yeganə yolu Ukraynanı NATO-ya qəbul etməkdir.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Almaniya mediasına açıqlamasında deyib.

"Müharibə davam etdiyi müddətdə Ukraynanın NATO-ya qəbul edilməsini gözləmirik. Ancaq müharibə bitəndən sonra Ukraynanı NATO üzvü kimi qəbul etməmək Avropa üçün intihar olardı", - XİN başçısı bildirib.

Kuleba eyni zamanda xatırladıb ki, 2008-ci ildə Buxarestdə keçirilən NATO Liderlərinin Sammitində Ukraynanın üzvlüyünə qarşı çıxan dövrün kansleri Angela Merkelin etdiyi səhvi Almaniya yenidən təkrarlamamalıdır:

"Bu addım Rusiya Prezidenti Vladimir Putinin Gürcüstana daxil olması və Krımı ilhaq etmək üçün qapıları açdı".

Nazir bir daha vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü mütləqdir:

"Bununla Rusiya NATO üzvü Ukraynaya bir daha hücum etməyə cəsarət etməyəcək. Sülh yolu budur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31