“Biz məbləğdən asılı olmayaraq Ukraynanı dəstəkləyəcəyik”
1 İyul 2023 15:54 Dünyaİspaniyanın Baş naziri Pedro Sançes Ali Radanın deputatları qarşısında çıxışında, ödənilməli olan qiymətə baxmayaraq, ölkəsinin Ukraynanı dəstəkləyəcəyinə söz verib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun sözlərini "El Mundo" nəşri yayıb.
"Biz məbləğdən asılı olmayaraq Ukraynanı dəstəkləyəcəyik", - deyə İspaniya hökumətinin başçısı bildirib.
O, həmçinin Ukraynaya 55 milyon avroluq yeni yardım paketinin ayrıldığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31