Nəsrinlə olan görüntüsünə görə həyat yoldaşından ÜZR İSTƏDİ - FOTO
30 İyun 2023 23:54 DünyaTürkiyəli aktyor Bora Akkaş həmkarı Nəsrin Cavadzadə ilə olan görüntülərinə görə həyat yoldaşından üzr istəyib.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, aktyor Uraz Kayqılaroğlunun doğum günü ilə bağlı Cavadzadənin paylaşdığı videoda Akkaşın aktrisanın sinəsinə pul qoyduğu müşahidə edilir.
Həmin görüntülər müzakirələrə səbəb olub.
Bu görüntülərə görə Bora Akkaş 8 aylıq hamilə həyat yoldaşı Oben Akkaşdan üzr istəyib:
"Şəklin yaratdığı pis hisslərə görə həyat yoldaşım Obendən üzr istəyirəm", - deyə aktyor vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31