ABŞ Priqojinin yerini BİLMİR

ABŞ-ın "Vaqner"in lideri Yevgeni Priqojin və onun muzdlularının harada olması barədə kifayət qədər məlumat yoxdur.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Bizim onun (Priqojinin - red.) yerini təsdiqləmək üçün kifayət qədər etibarlı məlumatımız yoxdur. Cənab Priqojinin və ya onun bütün döyüşçülərinin harada olması barədə dəqiq məlumatımız yoxdur", - Kirbi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31