"NATO tərəfdaşlarımızın qərarı olmalıdır, biz tez hərəkətə keçmək istəyirik”
30 İyun 2023 18:56 DünyaPolşa Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsinə cavab olaraq ABŞ-ın nüvə silahlarına ev sahibliyi etmək istəyir.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski jurnalistlərə açıqlamasında deyib.
"Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətində olmasıyla əlaqədar biz bütün NATO-nu Nüvə Paylaşımı proqramında iştirak etməyə çağırırıq.
İlk növbədə, bu, amerikalı və NATO tərəfdaşlarımızın qərarı olmalıdır. Biz tez hərəkətə keçmək istəyirik", - Moravetski bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31