Rusiya Ukraynanın itkilərini AÇIQLADI

Rusiya müharibənin 492-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 444 təyyarəsi, 240 helikopteri, 4833 PUA-sı, 426 zenit-raket kompleksi, 10 413 tank və digər zirehli texnikası, 1134 reaktiv yaylım atəş sistemi, 5281 artilleriya və minaatanı, 11 292 xüsusi hərbi avtomobil texnikası məhv edilib", - o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31