İranla bağlı nümayəndə VƏZİFƏSİNDƏN QOVULDU
30 İyun 2023 17:31 DünyaABŞ Dövlət Departamentinin İranla bağlı xüsusi nümayəndəsi Robert Malli məxfi sənədlərlə səhv davranmaqda şübhəli bilinərək vəzifəsindən uzaqlaşdırılıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, yoxlama başlayandan bir müddət sonra R.Malli məxfi sənədlərə çıxışı itirsə də, öz vəzifələrini yerinə yetirməyə davam edib.
Adını açıqlamayan ABŞ rəsmisinin sözlərinə görə, o, ötən gün ödənişsiz məzuniyyətə buraxılıb. Malli özü də məlumatı təsdiqləyərək, istintaqın təhlükəsiz və tezliklə başa çatacağını gözlədiyini bildirib.
Hazırda onun vəzifələrini müvəqqəti olaraq Abram Paley yerinə yetirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31