“Vaqner”in olduğu aviabaza VURULDU

Ötən gecə pilotsuz uçuş aparatları (PUA) Liviyanın şərqindəki aviabazaya zərbə endirib.

Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bazada "Vaqner" hərbi şirkətinin döyüşçülərinin olduğu deyilir.

"Naməlum PUA-lar Benqazidən 150 km cənub-şərqdə yerləşən Əl-Xarruba aviabazasına hücum edib. Burada "Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri yerləşmiş ola bilərlər", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, hücum zamanı xəsarət alan olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31