"Zelenski Alyansın sammitinə getməyəcək"
30 İyun 2023 16:16 DünyaƏgər Ukrayna NATO-ya qəbul prosesini başlatmaq üçün dəvət almasa, onda Prezident Zelenski Alyansın sammitinə getməyəcək.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva "Röyters"ə açıqlamasında deyib.
"Biz üzvlüyə dəvət prosedurunun başlanmasını xahiş edirik", - o bildirib.
Qeyd edək ki, NATO sammiti 11-12 iyulda Vilnüsdə keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31