"Rusiya hərbi büdcəsini artırdı"
30 İyun 2023 15:19 DünyaRusiya hərbi xərcləri artırmağa məcburdur. Çünki Ukraynayla həmsərhəd bölgələrdə müdafiə tədbirləri üçün əlavə resurslara ehtiyac var.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2023-cü ilin iyun hesabatında Rusiyanın 2023-cü il üçün hərbi xərclərinin təxminən 6,6 trilyon rubl (85,8 milyard dollar) olduğunu təxmin edib. Bu, Rusiya ÜDM-nin təxminən 4,4%-nə uyğundur. 2021-ci ildə isə bu rəqəm 3,6% idi.
Bildirilir ki, həqiqi hərbi xərclərin nə qədər olduğu bəlli deyil. Çünki Rusiya dövlət büdcəsinin 22%-i gizli saxlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31