Keçmiş model zibilliklərlə DOLANIR - FOTO
30 İyun 2023 13:33 Dünya"Baywatch" ulduzunun keçmiş həyat yoldaşı, model Loni Uillison zibil qutusunu gəzərkən lentə alınıb.
Olaylar.az lent.az-a istinadən bildirir ki, "Baywatch" ulduzu Ceremi Ceksonun 40 yaşlı keçmiş həyat yoldaşı Los-Ancelesdə küçələrdə görüntülənib. O, zibil yığınlarını eşələyərək portağal yığıb. Model Loni Uillison köynək, çirkli cins şalvar, uzun xaki jilet, qara corab və flip flop geyinib.
Hələ 2016-cı ildə model narkotik və alkoqol istifadəsi səbəbindən əsəb böhranı keçirib. O, reabilitasiya mərkəzinə getmək istəsə də, cəhdi uğursuz alınıb. Loni Uillison bütün var-dövlətini itirib və küçələrdə yaşamalı olub. Ulduzun hazırkı mövqeyi haqqında heç nə məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31