Ermənistanda saxlanılan müxalifətçinin oğlu Gürcüstanda narkotiklə ƏLƏ KEÇDİ

"İctimai səs" partiyasının əvvəllər həbs olunmuş lideri Artak Qalstyanın oğlu Gürcüstanda narkotik cinayətində ittiham olunaraq saxlanılıb və onun Ermənistana ekstradisiyası üçün tədbirlər görülür.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, "Sputnik Gürcüstan"da yayılan məlumata görə, Ermənistanın İstintaq Komitəsi 2019-2023-cü illərdə narkotik alveri ilə məşğul olan böyük mütəşəkkil cinayətkar dəstəni ifşa edib.

İstintaq müəyyən edib ki, cinayətkar qruplaşma üzvləri Telegram-da çoxsaylı qruplar vasitəsilə narkotik alveri həyata keçiriblər. Satışın ümumi məbləği 3 milyon dollar qiymətləndirilir. Cinayətin izlərini gizlətmək üçün qrup üzvləri hətta kriptovalyuta ilə pul alıblar. "İctimai səs" partiyasının lideri də daxil olmaqla 8 nəfərə qarşı cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31